“ENC 2026”-da bütün intizamlar bəllidir: “Street Fighter 6” siyahını tamamladı

by Nigar Məmmədova
0 comments

“Esports World Cup Foundation” “Esports Nations Cup 2026” (ENC 2026) turnirinin proqramına daxil edilən 16-cı və sonuncu oyunun “Street Fighter 6” (SF6) olduğunu rəsmən açıqlayıb.

SF6 üzrə yarışlar fərdi deyil, komanda formatında keçiriləcək. Bu struktur beynəlxalq “Street Fighter League” sisteminin formatını təkrarlayacaq.

Turnirdə ümumilikdə 24 ölkənin komandası birincilik uğrunda mübarizə aparacaq. İştirakçı slotlarının bölünməsi qaydası isə belə müəyyən edilib:

  • 12 komanda turnirə birbaşa dəvət alacaq;
  • 10 komanda regional seçmə mərhələlər (təsnifat) vasitəsilə vəsiqə qazanacaq;
  • 2 komanda isə xüsusi dəvət (wildcard) ilə yarışa qatılacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın