Epic Games Store-da Jurassic World Evolution 2 pulsuz təqdim olunur

by Nigar Məmmədova
0 comments

Epic Games Store oyunsevərlərə növbəti xoş sürpriz edib. Mağazada Jurassic World Evolution 2 oyunu tamamilə pulsuz təklif olunur. Oyun 27 mart tarixinə qədər ödənişsiz yüklənə bilər.

Jurassic World Evolution 2 – bu, dinozavrlardan ibarət əyləncə parkının yaradılmasına həsr olunmuş strateji simulyasiya oyunudur. Oyunçular parkı qurmaq, idarə etmək və fərqli növ dinozavrları saxlamaq imkanına malikdirlər. Layihə məşhur “Jurassic World” film seriyasından ilham alıb və beş filmin süjet elementlərini özündə birləşdirir.

Oyun müxtəlif rejimlər təklif edir:

  • Karyera rejimi – film əsasında hazırlanmış ssenarilər;
  • Sandbox rejimi – istədiyiniz şəkildə park qurmaq imkanı;
  • Chaos Theory rejimi – tanınmış kino səhnələrini alternativ ssenaridə canlandırmaq imkanı.

Steam platformasında oyun 89% müsbət rəy alaraq, oyunçuların rəğbətini qazanıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın