5
Turnir operatoru ESL, Counter-Strike 2 üzrə ən nüfuzlu yarışlardan biri olan “Masters” turnirinin Katovitse şəhərindən Krakova köçürüləcəyini elan edib.
Yeni məkan – “Tauron Arena”
ESL ilə Krakov şəhəri arasında uzunmüddətli tərəfdaşlıq sazişi imzalanıb. Yeni turnir 2026-cı il yanvarın 27-dən fevralın 8-dək Krakovdakı məşhur “Tauron Arena” arenasında keçiriləcək. Yarışda 24 komanda 1,25 milyon ABŞ dolları məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq.
Maraqlıdır ki, bu arena artıq bir dəfə böyük turnirə ev sahibliyi edib – təxminən 8 il əvvəl burada PGL Major baş tutmuşdu.
Sonuncu “Masters” turniri Katovitsedə keçirilmişdi. Həmin turnirdə Team Vitality, Team Spirit üzərində 3:0 hesablı qələbə ilə çempion adını qazanmışdı.