ESL turnir təşkilatçısı Counter-Strike üzrə ən nüfuzlu mükafat olan Grand Slam ilə bağlı önəmli dəyişiklik etdiyini açıqlayıb.
Qərara əsasən, artıq Grand Slam adından Intel şirkətinin adı çıxarılıb. Bu o deməkdir ki, «qızıl uğrunda yarış» davam etsə də, ABŞ-ın texnologiya nəhəngi bu təşəbbüslə əlaqəsini tamamilə dayandırıb. Bu addım Intel-in son zamanlar yaşadığı maliyyə çətinlikləri ilə bağlı ola bilər. 2024–2025-ci illərdə şirkət müxtəlif layihələrdə xərcləri azaldır və səhmlərinin dəyəri də aşağı düşür. Hazırda Intel-in bir səhmi 23,72 dollar dəyərindədir.
Grand Slam mükafatı hələ CS:GO dövründən mövcuddur və ESL-in təşkil etdiyi on nüfuzlu turnirdən dördünü qazanan komandaya təqdim edilir. Bu prestijli mükafatın dördüncü mövsümünü 2021–2023-cü illər arasında FaZe Clan komandası qazanıb. Qələbəyə görə onlar 1 milyon dollar dəyərində qızıl külçələr əldə ediblər.