ESL Counter-Strike 2 üzrə IEM Chengdu 2025 turnirinin qrup mərhələsinin ətraflı cədvəlini təqdim edib.
Turnir iştirakçıları səkkiz komandadan ibarət iki qrupa bölünüb. Yarış double-elimination sistemi ilə keçiriləcək. A qrupunun ilk matçlarında Natus Vincere komandası Astralis ilə qarşılaşacaq, Team Spirit isə paiN Gaming ilə oynayacaq. B qrupunda isə Virtus.pro komandasını Team Vitality ilə görüş gözləyir.
Qrupların tərkibi
A qrupu: TYLOO, Falcons, Mongolz, Heroic, Astralis, NAVI, paiN, Spirit
B qrupu: FURIA, Lynn Vision, MOUZ, FaZe, Vitality, VP, G2, 3DMAX
Turnir Çində keçiriləcək və ümumi 300 min dollar məbləğində mükafat fondu olacaq. Ən yaxşı altı komanda mübarizəni play-off mərhələsində davam etdirəcək. Qrup mərhələsinin ilk oyunları 3 noyabrda, yerli vaxtla saat 05:00-da start götürəcək.