ESL Pro League Season 21 keçiriləcək, lakin tamaşaçısız

by Nigar Məmmədova
0 comments

ESL Pro League Season 21 turniri bu il tamaşaçısız formatda keçiriləcək. Turnirin keçirilməsi ilə bağlı dəyişikliklər ESL-in rəsmi saytında elan edilib.

Turnir formatı və tarixləri

Turnir üç mərhələdə baş tutacaq:

  • 1-ci mərhələ: 1-5 mart tarixləri arası.
  • Pley-off mərhələsi: 13-16 mart.

Turnirdə 24 komanda iştirak edəcək. Onlar 1 milyon dollarlıq mükafat fondu, çempion titulu və xüsusi kubok uğrunda mübarizə aparacaqlar. İlk iki mərhələ İsveçrə formatında keçiriləcək və yalnız 8 ən güclü komanda pley-off mərhələsinə keçəcək.

1-ci mərhələyə dəvət olunan komandalar

  • FURIA Esports
  • 3DMAX
  • Eternal Fire
  • GamerLegion
  • HEROIC
  • Nemiga Gaming
  • M80
  • NRG
  • PaiN Gaming
  • MIBR
  • Tyloo Gaming
  • Lynn Vision
  • Mindfreak
  • Housebets
  • FlyQuest
  • SAW

2-ci mərhələyə dəvət olunan komandalar

  • G2 Esports
  • Team Spirit
  • TheMongolZ
  • Team Vitality
  • MOUZ
  • Natus Vincere
  • Team Falcons
  • Team Liquid

Niyə tamaşaçısız keçiriləcək?

ESL, tamaşaçısız formatın turnirin şəffaflığını təmin etmək məqsədini güddüyünü açıqlayıb. Bu qərar, xüsusilə bəzi oyunçuların, o cümlədən NaVi oyunçularının, tamaşaçıların komandalar üçün “ipucu” verdikləri ilə bağlı şikayətlərindən sonra qəbul edilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın