ESL Pro League Season 22-nin ilk mərhələsində Stage 2-yə vəsiqə qazanan səkkiz komanda müəyyənləşdi. Ən yaxşı nəticəni HOTU və Inner Circle göstərdi — hər ikisi qrup mərhələsini 3-0 hesabı ilə tamamladı.
Növbəti mərhələyə keçən komandalar
- HOTU – 3-0
- Inner Circle – 3-0
- 3DMAX – 3-1
- Gentle Mates – 3-1
- GamerLegion – 3-1
- G2 – 3-2
- Astralis – 3-2
- FURIA – 3-2
G2 Rooster üzərində qələbə ilə başlasa da, ardıcıl iki məğlubiyyət aldı. Bununla belə, Fluxo və ENCE-ni məğlub edərək toparlana bildi. Astralis həlledici görüşdə Legacy-ni məğlub etdi.
FURIA isə HOTU-ya gözlənilməz məğlubiyyətdən sonra B8 üzərində çətin qələbə qazanaraq Stage 2-yə yüksəldi.
Turniri tərk edən komandalar
- B8, ENCE və Legacy – nəticə 2-3
- HEROIC, Fluxo, M80, NRG, Rooster – nəticə 1-3 və ya 0-3