ESL və BLAST-ın YouTube kanalları hakerlər tərəfindən ələ keçirilib

by Nigar Məmmədova
0 comments

Oktyabrın 16-na keçən gecə dünyaca məşhur esports turnir təşkilatçıları ESL və BLAST-ın YouTube kanalları haker hücumuna məruz qalıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hakerlər kanallarda saxta kripto valyuta reklamı nümayiş etdiriblər. Videolarda Valve şirkətinin rəhbəri və tanınmış oyun dizayneri Qeyb Nyuell saxta kriptosikkələr barədə “müsahibə” verir kimi göstərilib.

Qısa müddətli yayımı bir neçə min izləyici görüb. Daha sonra ESL və BLAST nümayəndələri kanalların nəzarətini bərpa edərək, yayımları siliblər.

ESL və BLAST

Hazırda ESL kanalının 1,9 milyon, BLAST kanalının isə təxminən 794 min abunəçisi var. Hadisə nəticəsində neçə nəfərin zərər çəkdiyi hələ məlum deyil, lakin yayımın bir neçə dəqiqə davam etdiyi bildirilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın