Esports Nations Cup 2026 çərçivəsində MLBB üzrə milli komandaların turniri anons edildi

by Nigar Məmmədova
0 comments

M7 Dünya Çempionatının böyük finalı ərəfəsində “Moonton” studiyasının nümayəndələri Esports Nations Cup (ENC) 2026 çərçivəsində Mobile Legends: Bang Bang (MLBB) turnirinin keçiriləcəyini elan ediblər. Bu, ENC 2026 proqramında rəsmən təsdiqlənmiş ilk oyun növüdür. Milli yığmalar arasındakı debüt yarışları 23-29 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində 32 komandanın iştirakı ilə baş tutacaq.

Turnirin formatı iki mərhələdən ibarət olacaq:

  • Qrup mərhələsi: 32 milli komanda hər birində səkkiz yığma olmaqla dörd qrupa bölünəcək. Oyunlar dairəvi sistemlə (round-robin) Bo2 formatında keçiriləcək. Hər qrupdan ən yaxşı dörd komanda növbəti mərhələyə yüksələcək.
  • Pley-off: 16 yığma “single-elimination” (məğlub olan çıxır) sistemi ilə mübarizə aparacaq. Finala qədərki bütün matçlar Bo5, böyük final isə Bo7 formatında olacaq.

İştirakçıların seçilmə qaydası:

  • Birbaşa dəvət: 16 yığma MLBB-nin yeni “millətlərin reytinq sistemi” əsasında dəvət alacaq. Bu reytinq 5 ən yaxşı oyunçunun rəsmi turnirlərdə qazandığı xalların cəmi ilə hesablanır. Reytinqin son təsbit tarixi 2 avqust 2026-cı il müəyyən edilib.
  • Regional seçmələr: Daha 14 komanda 14-16 avqust tarixlərində keçiriləcək seçmə mərhələlərdən gələcək.
  • Wildcard: 2 yığma xüsusi dəvətlə turnirə qatılacaq.

Regionlar üzrə slot bölgüsü:

  • Qərbi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya, MENA, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Okeaniya: hər biri üçün 2 slot.
  • Şimali Amerika, Cənubi Amerika, Cənubi Asiya, Afrika: hər biri üçün 1 slot.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın