7
Esports World Cup 2025 tədbiri çərçivəsində keçiriləcək bütün oyun turnirlərinin təqvimi ictimaiyyətə təqdim olunub. Tədbir 7 iyul – 24 avqust tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
Təşkilatçıların məlumatına görə, ümumilikdə 25 fərqli oyun üzrə turnirlər baş tutacaq. Turnirlər yeddi həftə davam edəcək və ümumi mükafat fondu 70 milyon ABŞ dolları təşkil edəcək. Bunun 38 milyon dolları birbaşa çempionatlarda iştirak edənlər arasında bölüşdürüləcək.
EWC 2025 turnir təqvimi
- 1-ci həftə (7–13 iyul)
- Apex Legends
- DOTA 2
- FATAL FURY: City of the Wolves
- Rennsport
- VALORANT
- 2-ci həftə (14–20 iyul)
- DOTA 2
- Free Fire
- Honor of Kings
- League of Legends
- Mobile Legends: Bang Bang (Qadınlar turniri – Invitational 2025)
- 3-cü həftə (21–27 iyul)
- Call of Duty: Black Ops 6
- Honor of Kings
- Mobile Legends: Bang Bang (MSC Mid Season Cup 2025)
- PUBG Mobile
- StarCraft II
- 4-cü həftə (28 iyul – 3 avqust)
- Şahmat
- Mobile Legends: Bang Bang (MSC Mid Season Cup 2025)
- Overwatch 2
- PUBG Mobile
- 5-ci həftə (4–10 avqust)
- Call of Duty Warzone
- EA Sports FC 25
- Tom Clancy’s Rainbow 6 Siege X
- 6-cı həftə (11–17 avqust)
- Rocket League
- PUBG: Battlegrounds
- Teamfight Tactics
- TEKKEN 8
- 7-ci həftə (18–24 avqust)
- Counter-Strike 2
- Crossfire: Mercenary Forces Corporation
- Street Fighter 6