Eternal Fire IEM Melbourne 2025-dən imtina etdi – SAW turnirdə iştirak edəcək

by Nigar Məmmədova
0 comments

CS2 üzrə keçiriləcək IEM Melbourne 2025 turnirində iştirak edəcək komandalar siyahısında dəyişiklik edilib. Təşkilatçılar açıqlama verərək, turnirdə iştirakdan imtina edən komandanın adını və əvəzləyicisini elan ediblər.

Turnirin rəsmi təşkilatçısı olan ESL, Türkiyənin Eternal Fire komandasının iştirak etməyəcəyini bildirib. Bununla belə, qərarın səbəbi açıqlanmayıb. Ehtimallara görə, Eternal Fire-in turnirdən imtina etməsi sıx oyun təqvimi və logistik səbəblərlə bağlı ola bilər.

Boş qalan yeri Portuqaliya təmsilçisi SAW komandası dolduracaq. Son aylarda Avropada sabit çıxışı ilə seçilən SAW üçün bu turnir böyük bir şans kimi qiymətləndirilir.

IEM Melbourne 2025 turniri 21-27 aprel tarixlərində Avstraliyanın Melburn şəhərində keçiriləcək. Yarışda komandalar arasında 1 milyon ABŞ dolları məbləğində mükafat fondu uğrunda mübarizə gedəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın