3
Eternal Fire, BLAST Open Lisbon 2025-in B qrupunun ilk qarşılaşmalarından birində Team Liquid komandasını məğlub edərək onları turnirin aşağı setkəsinə göndərdi.
Matçın nəticələri
Görüş 2:0 hesabı ilə Eternal Fire komandasının xeyrinə başa çatdı:
- Dust 2 – 13:7
- Anubis – 13:7
Bu qələbə Eternal Fire komandasına B qrupunun yuxarı setkəsində mübarizəni davam etdirmək imkanı verdi. Növbəti qarşılaşma 22 mart tarixində G2 Esports komandası ilə olacaq.
Digər tərəfdən, Team Liquid turnirdəki çıxışını aşağı setkədə davam etdirəcək. Onların növbəti oyunu 22 mart tarixində baş tutacaq.
BLAST Open Lisbon 2025 – Turnir haqqında məlumat
BLAST Open Lisbon 2025 19-30 mart tarixlərində LAN formatında keçirilir. Komandalar 400 min dollar məbləğində mükafat fondu uğrunda mübarizə aparırlar.