9
European Tekken Cup 3 Finals bu həftə start götürür və Avropanın ən yaxşı 20 TEKKEN 8 oyunçusu Avropa Kuboku və 32 min avro mükafat fondu uğrunda mübarizə aparacaq. Turnir, oyunun yaradıcıları Bandai Namco tərəfindən təşkil edilən Avropa seriyasının final mərhələsidir.
Turnir iştirakçıları arasında 2 oyunçu, Last Chance Qualification (LCQ) vasitəsilə seçiləcək. 21 fevralda keçiriləcək LCQ ETC3-ə artıq 124 iştirakçı qeydiyyatdan keçib.
Turnirin Əsas Mərhələsi:
- 22 fevral: Qrup mərhələsi
- 23 fevral: Play-off raundu
Turnir Almaniyanın Köln şəhərində, Gamescom.Lan oyun festivalı çərçivəsində baş tutacaq. Gamescom.Lan, böyük Gamescom 2025-in bir hissəsidir. Əsas Gamescom tədbiri 20-24 avqust 2025 tarixlərində keçiriləcək.