EWC 2025-də Fatal Fury üzrə turnir: format, dəvətlilər və mükafat fondu açıqlanıb

by Nigar Məmmədova
0 comments

Esports World Cup 2025 çərçivəsində keçiriləcək Fatal Fury: City of the Wolves döyüş oyunu üzrə beynəlxalq turnirin detalları açıqlanıb. EWC Foundation sosial şəbəkələr vasitəsilə turnirin formatını, dəyərli iştirakçılarının siyahısını və mükafat fondunu ictimaiyyətlə bölüşüb.

Mükafat Fondu

Bu prestijli yarışda ümumi 1 milyon ABŞ dolları mükafat kimi təqdim olunacaq. Belə böyük məbləğ, turnirin qlobal miqyasda nə qədər önəmli olduğunu göstərir.

Turnirə rəsmi dəvət alanlar

Aşağıdakı yarışlarda fərqlənmiş oyunçular EWC 2025-ə birbaşa dəvət alıblar:

  • 🇯🇵 EVO Japan 2025 – ən yaxşı 2 oyunçu
  • 🇧🇪 Brussels Challenge 2025 – ən yaxşı 2 oyunçu
  • 🇺🇸 Combo Breaker 2025 – ən yaxşı 3 oyunçu
  • 🇦🇺 Battle Arena Melbourne 2025 – ən yaxşı 2 oyunçu
  • 🇸🇪 Headstomper 2025 – çempion
  • 🇺🇸 CEO 2025 – ən yaxşı 3 oyunçu
  • 🇩🇪 Hessen Crash XXII – qalib
  • 🇫🇷 City of the Cream Live – qalib
  • 🇨🇳 SCS 2025 Pekin – qalib

Yarış Formatı

Turnir iki əsas mərhələdən ibarət olacaq:

1. Qrup mərhələsi (10–11 iyul)

  • Oyunçular 4 qrupa bölünəcək
  • Bütün oyunlar BO3 (best-of-3) formatında baş tutacaq
  • Hər qrupdan ən yaxşı 2 oyunçu növbəti mərhələyə yüksələcək

2. Pley-off mərhələsi (12 iyul)

  • Single-elimination sistemli, yəni uduzan çıxır
  • Bütün oyunlar first to 5 formatında olacaq

Turnirin keçirilmə vaxtı və yeri

  • Riyad, Səudiyyə Ərəbistanı
  • 10–12 iyul 2025

Bu turnir Fatal Fury: City of the Wolves oyunu üzrə ən güclü oyunçuların toqquşacağı beynəlxalq səviyyəli platforma olacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın