Esports World Cup (EWC) turnir seriyasının təşkilatçıları EWC 2026-da keçiriləcək yarışların ilk 20 oyununu elan ediblər. Məlumat təşkilatın sosial media hesablarında paylaşılıb.
Bütün bu 20 oyun EWC 2025-də də təqdim olunmuşdu. Təşkilatçılar bildiriblər ki, dörd əlavə oyunun adları bir qədər sonra açıqlanacaq.
EWC 2026-da aşağıdakı oyunlar yer alacaq:
- Apex Legends
- Call of Duty: Black Ops 7
- Call of Duty: Warzone
- Chess
- Counter-Strike 2
- Crossfire
- Dota 2
- EA Sports FC 26
- Fatal Fury: City of the Wolves
- Free Fire
- Honor of Kings
- League of Legends
- Mobile Legends: Bang Bang
- Overwatch 2
- PUBG: Battlegrounds
- PUBG Mobile
- Rainbow Six Siege X
- Street Fighter 6
- Teamfight Tactics
- VALORANT
Esports World Cup 2026 — ilk dəfə 2024-cü ildə Gamers8 turnirinin yerinə keçirilən tədbirin üçüncü mövsümüdür. 2024-cü ildə ümumi mükafat fondu 60 milyon dollar, 2025-ci ildə isə 70 milyon dollar təşkil edib.