EWC çərçivəsində 1 milyon dollar mükafat fondu olan Fortnite turniri keçiriləcək

by Nigar Məmmədova
0 comments

Epic Games gələn il ümumi mükafat fondu 2,5 milyon dollar olan Reload Elite yarış seriyasının keçiriləcəyini elan etdi. Bu mövsüm Esports World Cup 2026 (EWC 2026) zamanı baş tutacaq böyük bir turnirlə yekunlaşacaq.

Yarışlar 40 oyunçulu Reload rejimində keçiriləcək. Bu rejimdə komanda yoldaşlarından ən azı biri sağ qaldığı müddətcə, digər üzvlər yenidən oyuna qayıda (respawn) bilirlər.

Reload Elite Series yanvardan iyuna qədər davam edən və hər biri dörd mərhələyə bölünən dörd seçmə turnirlə başlayacaq. Proses açıq seçmələrlə start götürəcək və hər regiondan fərqli sayda duet Play-In mərhələsinə vəsiqə qazanacaq:

  • EU (Avropa): 2000 ən yaxşı duet
  • NAC (Şimali Amerika Şərq): 1000 ən yaxşı duet
  • OCE, ASIA, ME, BR, NAW: 500 ən yaxşı duet

Play-In mərhələsində komandalar iki raund ərzində 24 matçda yarışacaq və 80 ən yaxşı duet seçmə turlara keçəcək. Növbəti mərhələdə duetlər hər birində səkkiz matç olmaqla dörd seçmə tura bölünəcək. Hər turun ən yaxşı beş komandası finala yüksələcək.

Hər regionun finalında ən yaxşı Fortnite oyunçularından ibarət cəmi 20 duet qalacaq. Onlar səkkiz matç ərzində EWC 2026 çərçivəsində keçiriləcək və 1 milyon dollar mükafat fondu olan Reload Elite Series Championship-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Bu seriya Epic Games və Esports World Cup Foundation arasındakı tərəfdaşlığın bir hissəsidir. Bu əməkdaşlıq çərçivəsində həm Fortnite, həm də Rocket League EWC 2026 proqramında yer alacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın