FaZe Clan Six Invitational 2026-nın Çempionu Oldu

by Nigar Məmmədova
0 comments

Braziliyanın FaZe Clan kollektivi Rainbow Six Siege üzrə ilin ən nüfuzlu yarışı olan Six Invitational 2026 turnirində qalib gələrək dünya çempionu tituluna sahib çıxıb. Fevralın 2-dən 15-dək Fransanın paytaxtı Parisdə keçirilən bu möhtəşəm turnirdə FaZe Clan həlledici final matçında Avropa təmsilçisi Team Secret komandasını 3:1 hesabı ilə məğlub edib.

Turnirin nəticələri və mükafat bölgüsü:

  • Çempion: FaZe Clan 1.000.000 dollar mükafat qazanıb.
  • İkinci yer: Team Secret komandası 450.000 dollar əldə edib.
  • Ümumi mükafat fondu: Turnirin ümumi fondu 3.000.000 dollar təşkil edib.
  • Turnirin MVP-si: FaZe Clan-ın oyunçusu Tyaqo “Handyy” Ferreyra göstərdiyi üstün performansa görə layiqincə turnirin ən dəyərli oyunçusu seçilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın