Final Kombat 2025 turniri Meksikada keçiriləcək

by Nigar Məmmədova
0 comments

NetherRealm Studios şirkəti Mortal Kombat 1 döyüş oyunu üzrə əsas beynəlxalq turniri olan Final Kombat 2025-in 26–28 sentyabr tarixlərində Meksikanın paytaxtı Mexikoda keçiriləcəyini açıqlayıb.

Turnirin ümumi mükafat fondu 200 min ABŞ dolları təşkil edəcək. Yarışda dünyanın müxtəlif bölgələrində keçirilən və NetherRealm tərəfindən təsdiqlənmiş seçim turnirlərində uğur qazanan 20 oyunçu iştirak edəcək.

Final Kombat 2025 matçları yalnız NetherRealm Studios-un sosial şəbəkə hesablarında deyil, həm də HBO MAX video platformasında canlı yayımlanacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın