Fortnite oyununda Kventin Tarantinonun məşhur “Kriminal Qiraət” (Pulp Fiction) filmi ilə kollaborasiya başlayıb.
Oyunçular artıq Vinsent Veqa (Con Travolta) və Culs Uinnfild (Samuel L. Cekson) obrazlarını əldə edə bilərlər. Bu skinlər fərdi şəkildə 1200 V-baks-a, digər tematik əşyaların daxil olduğu dəst şəklində isə 2500 V-baks-a təklif olunur.
Dəstə daxil olan əlavə məzmunlar:
- Con Travolta və Uma Turmanın ifa etdiyi məşhur rəqsi təkrarlayan cütlük emosiyası (emote).
- Digər xüsusi tematik əşyalar.
Bu, Tarantinonun əsərləri ilə ilk tərəfdaşlıq deyil. Dekabr ayında Uma Turmanın iştirakı ilə “Billi öldürmək” (Kill Bill) filminə əsaslanan “Yuki’s Revenge” qısametrajlı filmi yayımlanmışdı. Həmçinin, keçən həftə oyunda Bleach ilə krossover start götürüb.