Fortnite-da “Gələcəyin Betmeni” qəhrəmanları ilə yeni aksiya başladı

by Nigar Məmmədova
0 comments

“Kral döyüşü” (Battle Royale) Fortnite-da populyar qəhrəmanların iştirakı ilə yeni aksiya start götürüb. Rəqəmsal əşyaları 29 dekabr 2025-ci il tarixinədək əldə etmək mümkündür. Oyun daxili mağazada “Batman Beyond” cizgi serialından Betmen və Cokker obrazlarını (skin) almaq olar.

Görünüşlərdən əlavə, oyunçular aşağıdakı əşyaları da əldə edə bilərlər:

  • Yarasa qanadları formasında qlayder;
  • Xüsusi emosiya;
  • Üç ədəd qazma (pickaxe);
  • “Qutuda Cokker” kürək çantası;
  • Silahlar üçün xüsusi rəng naxışı.

Bütün bu əşyaların daxil olduğu dəsti (bundle) 2800 V-baks qarşılığında almaq olar.

Epic Games və People Can Fly tərəfindən hazırlanan məşhur oyun 2017-ci ildə buraxılıb və döyüş hərəkətləri ilə tikinti mexanikasının unikal birləşməsi sayəsində dərhal populyarlıq qazanıb. Fortnite hazırda Android, Xbox Series X/S, PlayStation 5, Nintendo Switch, Xbox One və PlayStation 4 platformalarında əlçatandır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın