Fortnite və Mortal Kombat kolaborasiyası təsdiqləndi – rəsmi elan

by Nigar Məmmədova
0 comments

Epic Games, Fortnite və Mortal Kombat arasında rəsmi kolaborasiyanı təsdiqləyib. Tədbir 21 fevral tarixində Lawless adlı döyüş bileti çərçivəsində başlayacaq.

Mortal Kombat personajları Fortnite-a gəlir

Açıqlamalara əsasən, oyunçular Mortal Kombat-un klassik döyüşçülərinin skini ilə tanış olacaqlar. Səb-Ziro artıq təsdiqlənib, Skorpion isə mağazada əldə oluna bilər – bu məlumat insayderlər və datamaynlar tərəfindən paylaşılıb. Bundan əlavə, müxtəlif kosmetik əşyalar və silah üslubları təqdim ediləcək.

Fortnite 6-cı fəsil: 1-ci mövsüm başa çatır

  • 21 fevral eyni zamanda Fortnite-un 6-cı fəsil, 1-ci mövsümünün sonu olacaq.
  • Oyunçular yeni hadisələr və məzmunlarla tanış olacaq.
  • Şayiələrə görə, mövsüm oğurluq və cinayət dünyası mövzusunda davam edəcək.
  • Yeni silahlardan biri çevik dairəvi mişara bənzəyən bir silah ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın