Fortnite oyunçuları üçün möhtəşəm yeniliklər gəlir. Dünən, 26 noyabr tarixində Epic Games, məşhur Fortnite oyununda Yapon mədəniyyətinə həsr olunmuş yeni mövsümü elan etdi. Bu elan YouTube kanalında yayımlanan yeni videoroliklə edildi və bəzi yeniliklər haqqında məlumat verildi.
Hazırda oyunçular Remix mövsümünün final hadisəsini gözləyir. Bu hadisə 30 noyabrda baş tutacaq. Bununla belə, Epic Games bu fürsətdən istifadə edərək ilin son fəsli olan “Demon Hunters” mövsümünü təqdim edir.
Daha öncə yayılan məlumatlarda Kimetsu no Yaiba (Demon Slayer) anime serialının qəhrəmanlarının Fortnite-a gələcəyi bildirilmişdi. Bu məlumat təsdiqini tapdı. Demon Hunters mövsümü çərçivəsində bir neçə epik skinlər, o cümlədən Qodzilla, oyunçuları gözləyir.
Tanınmış məlumatçı ShiinaBR, Qodzillanın Fortnite-a qatılacağını bildirib. Bu məlumatı digər bir məlumatçı SamLeakss dəstəkləyib. O, həmçinin Qodzillanın Rocket League oyununa da gələcəyini vurğulayıb. Rocket League-in yeni mövsüm treylerinde Qodzilla filmlərində adı keçən Monarch təşkilatının loqosu görünür.
Digər yeniliklərlə bağlı məlumatlar hələ açıqlanmayıb, lakin Epic Games yaxın zamanda “krallıq döyüşü” sevərləri üçün daha çox xəbər paylaşacağını vəd edir.