Frostpunk 2 yaradıcısı 11 bit studios, şəhərsalma və sağ qalma simulyatorunun satışlarının artıq 350 min nüsxəni keçdiyini elan edib. Buna oyunun cəmi bir həftədən az vaxtı bəs edib.
Bundan əlavə, 11 bit studios bildirib ki, Frostpunk 2-nin satışından əldə edilən gəlirlər artıq oyunun inkişafı və marketinqinə çəkilən xərcləri üstələyib.
Yaradıcılar dəstəyə görə oyunçulara təşəkkür edib və oyunu təkmilləşdirməyə davam etdiklərini, yeni yeniləmələr və düzəlişlər hazırladıqlarını, oyunçuların rəyini dinlədiklərini qeyd ediblər.
Frostpunk 2 20 sentyabrda PS5, Xbox Series və PC üçün buraxıldı və oyun tərtibatçılarını aparıcı studiyalar təbrik edib. Tənqidçilərin rəyləri birinci hissədən yüksək olub və “İgromania”nın baxışını yuxarıdakı videoda izləyə bilərsiniz.