FURIA BLAST Rivals S2 finalında Falcons-u məğlub edərək mövsümün dördüncü titulunu qazandı

by Nigar Məmmədova
0 comments

FURIA qalibiyyət seriyasını davam etdirərək növbəti kubokunu əldə edib — bu dəfə BLAST Rivals Season 2 turnirində. Braziliyalılar Falcons üzərində gərgin keçən final qarşılaşmasında 3:1 hesabı ilə qələbə qazanıblar.

Matçın əvvəlində Falcons inamlı oyun göstərərək ilk xəritədə üstünlük qazandı, lakin FURIA növbəti xəritədə oyunun axarını tam dəyişdi — YEKINDAR bir neçə parlaq raundla rəqib müdafiəsini darmadağın etdi.

Sonrakı qarşılaşmalar isə əsl iradə mübarizəsinə çevrildi. Üçüncü xəritə overtaymlara qədər uzandı və həlledici oldu — məhz burada molodoyun çoxsaylı killi epizodları nəticəni müəyyənləşdirdi. Falcons dördüncü xəritə Mirage-da iki dəfə oyunu əlavə raundlara daşımağa cəhd etsə də, FURIA soyuqqanlılığını qoruyaraq seriyanı bağladı və çempionluğunu rəsmiləşdirdi.

HLTV-nin versiyasına görə turnirin MVP-si m0NESY seçilib. O, finaldakı məğlubiyyətə baxmayaraq, turniri 1.42 reytinqlə tamamlayıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın