G2 Esports rəsmi X səhifəsində polşalı CS2 oyunçusu Yanuş “Snax” Poqojelski ilə əməkdaşlığın başa çatdığını açıqlayıb.
Snax 2024-cü ilin iyulundan 2025-ci ilin iyuluna qədər G2 heyətində çıxış edib və bu müddətdə komanda mühüm uğurlar qazanıb:
- BLAST Premier Fall Final 2024 – çempion
- BLAST Premier World Final 2024 – çempion
- Perfect World Shanghai Major 2024 – 3–4-cü yer
- BLAST.tv Austin Major 2025 – 9–11-ci yer
Qeyri-rəsmi məlumatlara görə, Snax-ın növbəti klubu IC Team ola bilər. Orada o, Viktor “mynio” Kruku əvəzləyəcək. Oyunçunun özü isə hələlik gələcək planları barədə açıqlama verməyib.