Gaijin Entertainment məşhur Fortnite xəritəsini bir neçə milyon dollara aldı

by Nigar Məmmədova
0 comments

Gaijin Entertainment — War Thunder oyununun yaradıcısı — Fortnite oyunundakı ən məşhur istifadəçi xəritələrindən biri olan The Pit xəritəsinin hüquqlarını əldə edib. Bu barədə məlumat Games Press-in press-relizində yer alıb.

The Pit – mərkəzində böyük bir çökəklik yerləşən xüsusi ada xəritəsidir. Burada oyunçular “deathmatch” rejimində dərhal yenidən doğularaq döyüşür, atışma bacarıqlarını məşq edir və müxtəlif silahları sınaqdan keçirirlər.

Müqavilənin dəqiq məbləği açıqlanmasa da, investisiyanın bir neçə milyon dollar təşkil etdiyi bildirilir. Gaijin Entertainment bu vəsaiti əsaslı hesab edir, çünki Epic Games xəritələrin populyarlığına uyğun olaraq müəlliflərə mükafat verir.

“The Pit” xəritəsinin yaradıcısı Qəvin “Geerzy” Gir bildirib:
“Yeni sahib ilə xəritə inkişaf etməyə davam edəcək.”

Xəritənin gələcək inkişafı ilə Gaijin-in daxili studiyası EndoWorlds məşğul olacaq.

Bunlar da xoşunuza gələ bilər