10
Martın 3-də ESL Pro League Season 21-in ilk mərhələsinin üçüncü oyun günü baş tutdu. GamerLegion və SAW turnirin növbəti mərhələsinə yüksələn ilk komandalar oldu.
GamerLegion komandası ardıcıl olaraq NRG, MIBR və TYLOO-nu məğlub etdi. SAW isə HEROIC, paiN və M80 üzərində qələbə qazandı. Housebets və Mindfreak turniri tərk edən ilk komandalar oldu. Onlar 23-24-cü yerləri tutaraq $3 min qazandılar.
Bu gün, martın 4-də, komandalar növbəti mərhələyə yüksəlmək uğrunda mübarizəni davam etdirəcək. Oyun günü Bakı vaxtı ilə 13:30-da başlayacaq.
ESL Pro League Season 21 turniri 1-16 mart tarixlərində Stokholmda (İsveç) keçirilir. Turnirin ümumi mükafat fondu $400 min təşkil edir.