Gamescom 2025-də Call of Duty: Black Ops 7-nin rəsmi treyleri təqdim olunacaq

by Nigar Məmmədova
0 comments

Activision və Microsoft Call of Duty: Black Ops 7 üçün ilk tiyzer treyleri hələ iyunun əvvəlində təqdim etmişdi. Lakin oyunun tam nümayişi hələ baş tutmamışdı. Opening Night Live 2025 tədbirinin aparıcısı Ceff Kili rəsmi olaraq təsdiqləyib ki, Call of Duty: Black Ops 7-nin tam treyleri 19 avqust tarixində saat 22:00-da (Bakı vaxtı ilə) gamescom 2025-in açılış mərasimində nümayiş olunacaq.

Gözləntilərə əsasən, həmin treylerdə oyunun çıxış tarixi açıqlanacaq və əvvəlcədən sifarişlərin başlanması elan olunacaq. Bu barədə Call of Duty-nin sosial şəbəkə hesabında paylaşılan “Tezliklə görüşərik” yazısı ilə animasiyalı cavab da buna işarə edir.

Yeni oyunda əsas qəhrəman yenidən Devid Meyson olacaq — onu Black Ops seriyasının fanatları yaxşı xatırlayır. Kampaniya əsasən kooperativ rejimə fokuslanacaq, multiplayer rejimi isə yeni xəritələr və Zombies rejiminin yenilənmiş versiyası ilə gələcək.

Layihə üzərində TreyarchRaven Software studiyaları çalışır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın