Geymer dünyada ilk dəfə Antarktidada Diablo 2 oynadı

by Nigar Məmmədova
0 comments

Reddit istifadəçisi Updawg bildirib ki, Antarktida ərazisində kult Diablo 2 oyununu oynayan dünyadakı ilk insan olub.

Sübut kimi o, Nintendo 3DS-ə bənzəyən dizayna malik portativ Android konsolu AYN Thor-da işə salınmış oyunun fotosunu paylaşdı. Şəkildən göründüyü kimi, qurğu bu region üçün xarakterik olan təxminən mənfi 30 dərəcə Selsi temperaturunda belə işləyib.

“Belə gözəl, eyni zamanda yaşamaq üçün yararsız bir yerdə unikal nəsə etmək istəyirdim”, – deyə geymer öz nailiyyətini şərh edib.

Postun şərhlərində bir çox istifadəçi bu nailiyyətin unikallığına şübhə ilə yanaşıb, oyunun 25 illik mövcudluğu ərzində onun Antarktidadakı elmi stansiyalarda çalışan alimlər tərəfindən də işə salınmış ola biləcəyini qeyd ediblər. Bununla belə, Updawg özünü məhz 2025-ci ilin avqustunda buraxılan portativ AYN Thor konsolunda bunu edən ilk şəxs adlandırmağa iddia edə bilər.

Diablo II — Amerikanın Blizzard North studiyası tərəfindən hazırlanmış və 2000-ci ildə Blizzard Entertainment tərəfindən Windows və Mac OS üçün buraxılmış Action RPG janrında kompüter oyunudur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın