Gran Turismo World Series 2025 turniri elan edildi

by Nigar Məmmədova
0 comments

PlayStation Gran Turismo 7 əsasında keçiriləcək Gran Turismo World Series 2025 adlı dünya kiberidman turnirini rəsmi olaraq elan edib. Turnir iki əsas hissədən ibarət olacaq – onlayn təsnifat mərhələləri və LAN turnirlər.

İştirak qaydaları və təsnifat mərhələləri

Bütün oyunçular PS Plus abunəliyi olduğu təqdirdə açıq onlayn təsnifat mərhələlərində iştirak edə bilərlər. Oyunçular iki fərqli yarış formatında mübarizə aparacaqlar:

  • Millətlər Kuboku – iştirakçılar öz ölkələrini təmsil edirlər.
  • Konstruktorlar Kuboku – yarışçılar seçdikləri avtomobil istehsalçısı üçün mübarizə aparırlar.

Təsnifat mərhələlərinin tarixi:

  • Konstruktorlar Kuboku: 2 aprel – 19 aprel
  • Millətlər Kuboku: 23 aprel – 10 may

LAN-turnirlərin tarixi və məkanları

Təsnifat mərhələlərini uğurla keçən iştirakçılar turnirin LAN mərhələsində yarışacaqlar.

LAN mərhələlərinin keçiriləcəyi şəhərlər:

  • 1-ci mərhələLondon, Böyük Britaniya | 7 iyun
  • 2-ci mərhələBerlin, Almaniya | 20 sentyabr
  • 3-cü mərhələLos-Anceles, ABŞ | 8 noyabr
  • Böyük finalFukuoka, Yaponiya | 20-21 dekabr

Turnirin bütün oyunları rəsmi PlayStation saytında və YouTube kanalında canlı yayımlanacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın