Half-Life 3: Yeni oyun 2025-ci ildə çıxa bilər – Söz-söhbətlər artır

by Elnur Qəhrəmanov
0 comments

Məşhur dataminer Tayler Makviker sosial şəbəkələrdə Half-Life seriyasının növbəti hissəsi barədə yeni məlumatlar paylaşıb. Kontent-meyker Dota 2 oyununa aid son böyük yeniləmənin kodlarını araşdıraraq, HLX kod adlı layihə ilə bağlı çoxlu məlumatlar əldə edib. Makvikerin fikrincə, bu tapıntılar oyunun tezliklə elan olunacağına işarədir və Half-Life 3-ün 2025-ci ildə təqdim oluna biləcəyi ehtimal olunur.

Məlumatlara əsasən, Half-Life 3 ilk şəxs (first-person) perspektivindən oynanılacaq tək oyunçu rejimli şuter olacaq. Oyun yaradıcılarının franşizin ikinci hissəsindən daha da təkmilləşdirilmiş mexanikaları yeni layihəyə əlavə edəcəyi bildirilir. Eyni zamanda, oyundakı NPC-lər (necə ki, Half-Life 2-də olduğu kimi) ətraf mühitdə baş verən hadisələrə real reaksiyalar verəcəklər.

Hələ ki, rəsmi mənbələr bu məlumatları təsdiqləməyib. Bununla belə, Deadlock oyununun kodlarında da Half-Life 3-ə aid bəzi istinadlar tapılıb. Bu isə söz-söhbətləri daha da gücləndirir və oyun həvəskarlarında böyük maraq oyadır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın