111
14–17 aprel tarixlərində keçirilən BLAST.tv Austin Major 2025 üçün Avropa üzrə seçmə mərhələsinin ilk iki oyun gününün nəticələri bəlli olub. Artıq turnirə ilk iki vəsiqə sahibi məlumdur.
Turnirə vəsiqə qazananlar:
- HEROIC komandası PARIVISION, ENCE və Nemiga üzərində qələbə qazanaraq əsas mərhələyə birbaşa çıxış hüququ əldə edib.
- OG isə sırasıyla Astralis, 9Pandas və Metizport komandalarını məğlub edərək Ostində keçiriləcək turnirdə iştirak edəcək ikinci Avropa təmsilçisi olub.
Mübarizəni dayandıranlar:
- 500 və PARIVISION komandaları seçmə mərhələdə 0-3 hesablı nəticələrlə çıxışlarını dayandıran ilk iştirakçılar oldular.
Qeyd edək ki, BLAST.tv Austin Major 2025 Avropa seçmə mərhələsi onlayn formatda keçirilir və ümumilikdə 6 komanda əsas turnirə vəsiqə qazanacaq.
