HLTV 2025-ci il üçün “Şöhrət Zalı”nın yeni üzvlərini açıqladı — cogu, markeloff və olofmeister Counter-Strike elitasına daxil oldu

by Nigar Məmmədova
0 comments

HLTV 2025-ci ildə “Hall of Fame” (Şöhrət Zalı) siyahısına daxil ediləcək oyunçuların adlarını elan edib. Siyahıya braziliyalı Rafael “cogu” Kamarqo, ukraynalı Yeğor “markeloff” Markelov və isveçli Olof “olofmeister” Kaybyer daxil olublar.

Onların rəsmi təqdimatı 2026-cı il yanvarın 10-da, Belqradda keçiriləcək HLTV Awards mərasimində baş tutacaq.

Yeni üzvlərin nailiyyətləri

  • cogu — Braziliya CS səhnəsinin ilk əsl liderlərindən biri sayılır. Onun AWP ilə dəqiqliyi və MIBR komandasının 2000-ci illərin əvvəlində qazandığı beynəlxalq uğurlar Braziliya kiberidmanının gələcək inkişafı üçün əsas təməl qoydu və FalleN də daxil olmaqla yeni nəsil oyunçulara ilham verdi.
  • markeloff — CS 1.6 dövründə NAVI-nin dominantlığının mərkəzi fiquru idi. Onun aqressiv AWP tərzi komandanı qlobal səviyyəyə çıxardı, özü isə 2010-cu ilin ən yaxşı oyunçusu seçilərək tarixə düşdü. CS:GO dövründə də sabit çıxışı ilə fərqlənən markeloff, gənc s1mple üçün ilk böyük kumirə çevrildi.
  • olofmeister — fnatic dövrünün siması və 2015-ci ilin əsas qəhrəmanı oldu. O, komandasını iki ardıcıl Major çempionluğuna apardı, molotov içində defuse epizodu ilə oyun tarixində iz qoydu və həmin səhnə üçün xüsusi graffiti ilə mükafatlandırıldı. Karyerasının sonrakı mərhələsində FaZe tərkibində də əsas oyunçulardan biri idi. Mükafatlandırma mərasimi

Təqdimat zamanı hər üç oyunçuya adlarının həkk olunduğu fərdi Rolex saatları təqdim ediləcək. Bundan əlavə, onların HLTV profilləri yenilənəcək, xüsusi video və bioqrafik material dərc olunacaq, adları isə rəsmi “Hall of Fame” səhifəsinə əlavə ediləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın