HLTV.org: ropz “Team Vitality”yə keçəcək

by Elnur Qəhrəmanov
0 comments

Counter-Strike 2 üzrə peşəkar oyunçu Robin “ropz” Kool, FaZe Clan-dan Team Vitality komandasına keçməyə yaxındır. Bu barədə məlumatı HLTV.org yayıb.

Müqavilə və komandadakı dəyişikliklər

  • Məlumata görə, ropz artıq Fransanın Team Vitality təşkilatı ilə müqavilə şərtlərini razılaşdırıb və komandaya sərbəst agent statusunda qoşulacaq.
  • HLTV.org-un verdiyi xəbərə əsasən, ropz komandada Lotan “Spinx” Giladini əvəz edəcək. İsrailli oyunçunun karyerasını harada davam etdirəcəyi hələ məlum deyil.

FaZe Clan ilə son turnir

  • ropz-un FaZe Clan ilə son turniri Perfect World Shanghai Major 2024 olub. Komanda gərgin mübarizədə finala yüksəlsə də, Team Spirit1:2 hesabı ilə məğlub olub.

Vitality-nin yenilənmiş heyəti:

  • Dan “apEX” Madesclaire
  • Mathieu “ZywOo” Herbaut
  • Shahar “flameZ” Shushan
  • William “mezii” Merriman
  • Robin “ropz” Kool (?)

Vitality bu transfer ilə heyətini daha da gücləndirmək və beynəlxalq səviyyədə daha çox uğur qazanmaq niyyətindədir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın