Turnir operatoru ESL, CS2 üzrə keçiriləcək IEM China 2026-nın ümumi mükafat fondunun əvvəlcədən elan edildiyi kimi 1 milyon dollar deyil, 1,25 milyon dollar olacağını açıqlayıb. Bu barədə məlumat təşkilatçının rəsmi saytında yer alıb.
Mükafat fondunun artırılmasının səbəbi IEM Cologne turnirinin “Major” statusu almasıdır. Turnir operatoru “Major” turnirlərində iştirakçılara Club Reward proqramı çərçivəsində vəsait ödəyə bilmədiyi üçün, Köln turniri üçün nəzərdə tutulan 250 min dollar məbləğində vəsait IEM China-nın mükafat fonduna əlavə edilib.
IEM China 2026 turniri 2-8 noyabr tarixlərində Çində keçiriləcək. Yarışda dünyanın ən güclü 16 komandası mübarizə aparacaq.