IEM Cologne 2025 turnirinin qrup mərhələsi başa çatdı. Nəticədə ən güclü 6 komanda növbəti mərhələyə vəsiqə qazandı: ikisi birbaşa yarımfinala, dördü isə 1/4 finala yüksəldi. Bu materialda qrup mərhələsinin ən yaxşı 10 oyunçusunu təqdim edirik.
10. Ali “Wicadia” Haidar Yalçın – 6.6
Aurora oyunçusu Wicadia 6 xəritədə orta səviyyədən aşağı düşmədən sabit performans göstərdi. FaZe və NIP-ə qarşı matçlarda önə çıxdı, xüsusən FaZe qarşısında EVP aldı.
Orta göstəricilər:
Reytinq: 6.6
KPR: 0.83
ADR: 87.42

9. Danil “molodoy” Qolubenko – 6.6
FURIA snayperi molodoy 9 xəritədə uğurla çıxış etdi. G2 ilə pley-off uğrunda görüşdə fərq yaratdı.
Orta göstəricilər:
Reytinq: 6.6
KPR: 0.74
ADR: 71.91

8. David “frozen” Çernyanski – 6.6
FaZe oyunçusu frozen NAVI-yə qarşı EVP ilə yadda qaldı, 9 xəritədə etibarlı performans göstərdi.
Orta göstəricilər:
Reytinq: 6.6
KPR: 0.76
ADR: 80.51

7. William “mezii” Merriman – 6.6
Vitality-nin sabit oyunçusu mezii Astralis-ə qarşı görüşdə EVP aldı və komandanı birbaşa yarımfinala daşıdı.
Orta göstəricilər:
Reytinq: 6.6
KPR: 0.78
ADR: 76.76

6. Azbayar “Senzu” Munkbold – 6.7
The Mongolz-un liderlərindən olan Senzu Falcons-a qarşı MVP alaraq komandaya 1/4 final biletini qazandırdı.
Orta göstəricilər:
Reytinq: 6.7
KPR: 0.83
ADR: 88.08

5. Mihay “iM” Ivan – 7.0
NAVI-nin oyunçusu iM 10 xəritədə sabit performans göstərdi və FaZe-yə qarşı önəmli qələbəyə töhfə verdi.
Orta göstəricilər:
Reytinq: 7.0
KPR: 0.85
ADR: 90.55

4. Mathieu “ZywOo” Herbaut – 7.0
Vitality-nin snayperi ZywOo 6 xəritədə lider oyun nümayiş etdirdi, The Mongolz-a qarşı yüksək səviyyədə oynadı.
Orta göstəricilər:
Reytinq: 7.0
KPR: 0.86
ADR: 92.91

3. Dmitri “sh1ro” Sokolov – 7.0
Spirit oyunçusu sh1ro 7 xəritədə dəqiq və sakit oyun nümayiş etdirərək HEROIC-ə qarşı oyunla yadda qaldı.
Orta göstəricilər:
Reytinq: 7.0
KPR: 0.89
ADR: 83.77

2. Maksim “kyousuke” Lukin – 7.2
Falcons-un gənc istedadı kyousuke 7 xəritə boyunca üstün forma göstərdi, xüsusən GamerLegion və FURIA-ya qarşı parlaq oyun sərgilədi.
Orta göstəricilər:
Reytinq: 7.2
KPR: 0.94
ADR: 94.96

1. Danil “donk” Krışkovets – 7.7
Spirit-in super istedadı donk 7 xəritədə fantastik çıxış edərək komandanı yarımfinala daşıdı. Oyununa MOUZ və Aurora qarşısında heyran qaldılar.
Orta göstəricilər:
Reytinq: 7.7
KPR: 0.99
ADR: 108.52
IEM Cologne 2025 turniri Almaniyada 23 iyul – 3 avqust tarixlərində keçirilir. Turnirin ümumi mükafat fondu 1,000,000 ABŞ dollarıdır.
