IEM Kraków 2026 pik izləyici sayına görə Meycor seriyasından olmayan ən yaxşı turnir oldu

by Nigar Məmmədova
0 comments

“Esports Charts”ın statistikasına əsasən, Vitality və FURIA arasında keçirilən IEM Kraków 2026-nın qrand-finalı pik nöqtədə 1 milyon 300 mindən çox izləyici toplayaraq Meycor (Major) statuslu olmayan turnirlər arasında yeni rekorda imza atıb. Fransız heyətinin 3:1 hesabı ilə qalib gəldiyi bu finalda müxtəlif platformalardan və yayımçılardan gələn ümumi izləyici sayı 1 milyon 370 min 524 nəfər təşkil edib. Bununla da Krakov turniri, əvvəlki rekordun sahibi olan “IEM Katowice 2025″i təxminən 70 min izləyici ilə qabaqlayıb.

IEM Kraków 2026

Bundan əlavə, bu yarış ESL-in təşkil etdiyi ikinci ən populyar turnir kimi tarixə düşüb. İlk pillədə isə 1 milyon 428 min 993 eyni vaxtda izləmə göstəricisi ilə “IEM Rio Major 2022” qərarlaşıb. Qeyd edək ki, Katovitsedən köçürüldükdən sonra Krakovda debüt edən bu yarış 28 yanvar – 8 fevral tarixlərində Polşanın “TAURON Arena”sında baş tutub. Turnirdə 24 komanda 1 milyon dollarlıq əsas mükafat fondu və klublar arasında bölünən əlavə 222 min dollar uğrunda mübarizə aparıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın