Avstraliyanın Melburn şəhərində keçirilən CS2 üzrə IEM Melbourne 2025 turnirinin qrup mərhələsi başa çatdı və pley-offa vəsiqə qazanan komandalar müəyyənləşdi.
Final mərhələsinə birbaşa yarımfinaldan start verəcək komandalar MOUZ və Team Vitality olacaq. Bu arada 1/4 final oyunlarında isə Falcons komandası GamerLegion ilə, Team Liquid isə The Mongolz ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin rəsmi startı 25 aprel tarixində saat 11:00-da baş tutacaq. Yarımfinal və final qarşılaşmaları da daxil olmaqla bütün həyəcan dolu oyunlar 27 aprel tarixində başa çatacaq.
Turnir 21-27 aprel tarixlərində keçirilir və ümumi mükafat fondu 1 milyon dollar təşkil edir. IEM Melbourne 2025 dünyanın aparıcı CS2 komandalarını bir araya gətirməklə yanaşı, e-idman dünyasının ən vacib tədbirlərindən birinə çevrilib.