İlon Maskın şirkəti Grok AI-ni oyun yaradılışına öyrətmək üçün işçilər axtarır

by Nigar Məmmədova
0 comments

İlon Maskın süni intellekt şirkəti xAI öz məhsulu olan Grok çat-botunu videooyun mexanikalarına öyrətmək məqsədilə yeni işçilər cəlb edir.

TechSpot nəşrinin məlumatına görə, şirkət işçilərə saatda 45–100 dollar arasında maaş təklif edir. Ödəniş namizədin bilik və bacarığından asılı olacaq. Seçilmiş mütəxəssislər Grok çat-botuna oyun mexanikalarını izah edəcək və oyunların yaradılışına öyrədəcək. Bu, gələcəkdə Grok-u oyun inkişafı üçün alətə çevrilə bilər.

xAI bildirir ki, namizədlərin oyun sənayesi ilə bağlı təcrübəsi olmalıdır — onlar oyun inkişafında, dizaynda və ya testləşdirmə sahəsində işləməlidirlər.

Şirkətin Grok texnologiyasından istifadə edən ilk oyunun 2026-cı ildə çıxacağı planlaşdırılır.

xAI şirkəti Grok süni intellekt sistemini 2023-cü ilin noyabrında təqdim etmişdi. 2024-cü ilin martında onun mənbə kodu ictimaiyyətə açıldı. Chat-botun əsas versiyası SuperGrok abunəsi vasitəsilə təqdim olunur — ayda 30 dollar və ya ildə 300 dollar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın