inZOI: Steam-də satış rekordu qıran həyat simulyatoru

by Nigar Məmmədova
0 comments

Koreya istehsalı olan inZOI adlı yeni həyat simulyatoru Steam platformasında satışa çıxan kimi dərhal liderliyə yüksəlib. Oyunun populyarlığı ilk dəqiqələrdən özünü göstərib – eyni vaxtda oyuna qoşulan istifadəçilərin sayı 60 min nəfəri keçib. Hazırda inZOI 87% müsbət rəy toplayaraq istifadəçilərin rəğbətini qazanıb.

Bu həyat simulyatorunda oyunçular öz düşüncələrinə uyğun dünya yaradır, fərqli xarakterlər əsasında münasibətlər qurur və hadisələrin gözlənilməz axarına şahidlik edirlər. inZOI həmçinin Unreal Engine 5 mühərrikində qurulmuş yüksək keyfiyyətli qrafika ilə seçilir. Oyunçular yaşayış məntəqələrini formalaşdıraraq öz hekayələrinə uyğun unikal mühitlər yarada bilirlər.


inZOI oyununun sistem tələbləri

Minimum tələblər:

  • 64-bit prosessor və əməliyyat sistemi
  • Windows 10/11
  • Intel i5 10400 / AMD Ryzen 5 3600
  • 12 GB RAM
  • NVIDIA RTX 2060 (6 GB VRAM) / AMD RX 5600 XT (6 GB VRAM)
  • DirectX 12
  • Genişzolaqlı internet bağlantısı
  • 40 GB boş yaddaş

Tövsiyə olunan tələblər:

  • 64-bit prosessor və əməliyyat sistemi
  • Windows 10/11
  • Intel i7 12700k / AMD Ryzen 7 7800x3D
  • 16 GB RAM
  • NVIDIA RTX 3070 (8 GB VRAM) / AMD RX 6800 XT (16 GB VRAM)
  • DirectX 12
  • Genişzolaqlı internet bağlantısı
  • 60 GB boş yaddaş

Növbəti yeniləmə may ayında planlaşdırılır, lakin dəqiq tarix açıqlanmayıb. Gözlənilən yeniliklər sırasında modlaşdırma alətləri və çit-kodlar yer alır.

Əlavə olaraq qeyd edək ki, early access versiyasını əldə edən oyunçular sonradan yayımlanacaq bütün əlavə kontentləri ödənişsiz əldə edəcəklər – lakin bu əlavələrin məzmunu hələlik dəqiqləşməyib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın