jL: “Qrupdan Yarımfinala Çıxandan Sonra Heç Bir Turnir Qazanmadıq”

by Elnur Qəhrəmanov
0 comments

Natus Vincere komandasının CS2 oyunçusu Yustinas jL Lekaviçyus BLAST Premier: World Final 2024 turnirində Astralis-ə qarşı keçirilən ilk oyunda məğlubiyyəti şərh edib. Fikirlərini X sosial platformasında bölüşüb.

Yustinas jL Lekaviçyus: “Bu il qrupdan çıxaraq dörddəbir finala yüksəldiyimiz dörd turnir qazandıq.

Qrupdan yarımfinala çıxandan sonra isə heç bir turnir qazanmadıq.

Nəyi nəzərdə tutduğumu başa düşürsünüz?”

BLAST Premier: World Final 2024 turniri 30 oktyabr – 3 noyabr tarixlərində Sinqapurda keçirilir və komandalar bir milyon dollar uğrunda mübarizə aparır. İlk qarşılaşmada NAVI, Astralis-ə 0:2 hesabı ilə məğlub olaraq, qrupda birinci yer uğrunda mübarizədən və birbaşa yarımfinala yüksəlmək imkanından məhrum olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın