kaori MOUZ üçün PGL Wallachia Season 6-da çıxış edəcək

by Nigar Məmmədova
0 comments

Almaniya kibersport təşkilatı MOUZ açıqlayıb ki, Dota 2 üzrə PGL Wallachia Season 6 turnirində komanda tam heyətlə iştirak etməyəcək. Turnirdə səpport oyunçusu Melxior “Seleri” Hillenkamp iştirak etməyəcək.

Onun yerini bu çempionatda Oleh “kaori” Medvedok tutacaq. O, daha əvvəl NAVI və bir neçə başqa komandanın tərkibində çıxış edib. Selerinin niyə turniri buraxacağı barədə məlumat verilməyib.

MOUZ-un ilk oyunu PGL Wallachia Season 6-da 15 noyabr saat 11:00-da Roar Gaming komandasına qarşı baş tutacaq.

PGL Wallachia Season 6 15–23 noyabr tarixlərində Buxarestdə (Rumıniya) keçiriləcək və ümumi mükafat fondu 1 milyon ABŞ dolları olacaq.

MOUZ-un PGL Wallachia Season 6 heyəti:

  • Crystallis
  • MidOne
  • BOOM
  • yamich
  • kaori

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın