Kapitan Team Spirit komandanın formasına zarafatla münasibət bildirdi

by Nigar Məmmədova
0 comments

Team Spirit kapitanı Leonid “chopper” Vişnyakov Esports World Cup 2025-dəki uğursuz çıxışdan sonra komandasının vəziyyəti barədə ironik şərh edib.

Öz yayımında kibersportsmenə komandanın forması barədə verilən suala o, yumorla cavab verib:

“Komandanın forması barədə nə deyə bilərəm? Əgər fiziki formadan gedirsə, pis deyil, qaradır. Sadəcə, parçanın bir az nazik, ölçünün də kiçik olmasını istərdim. Oyun forması barədə isə hələ danışmaq çətindir — iki turnirdə hər şey yaxşı idi, amma Ər-Riyadda uçuş, istilik və kondisionerlərə görə üç oyunçu xəstələndi.”

Team Spirit son turnirlərdə qeyri-sabit nəticələr göstərib — əvvəlcə IEM Cologne 2025BLAST Bounty Fall 2025-də qələbələr qazandılar, lakin daha sonra Esports World Cup 2025-də ilk pley-off raundunda Heroic-ə 1:2 hesabı ilə uduzaraq erkən mübarizəni dayandırdılar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın