Kiberidman turnirlərinin auditoriyası ildən-ilə artır – bununla paralel olaraq, aparıcı növləri üzrə ən çox izlənən turnir və matçların reytinqi də yenilənir. 1xBet Azərbaycan ekspertləri 2025-ci ilin ortalarına olan vəziyyətə əsasən, izləyici sayında zirvəyə çatan kiberidman tədbirlərini müəyyən etməyə qərar veriblər. Reytinqə hər kiberidman fənni üzrə yalnız bir ən populyar tədbir daxil edilib.
1. League of Legends World Championship 2024 (6,856 мln)
Birinci yeri böyük fərqlə MOBA janrında olan League of Legends oyunu və onun əsas illik turniri – World Championship (sadəcə Worlds kimi tanınır) tutur. Ötən il bu turnir pik nöqtədə rekorda imza ataraq 6,856 mln izləyicini cəlb edib. Azarkeşlər Koreyanın T1 komandasının ardıcıl ikinci qələbəsini və onun lideri Lee “Faker” Sang-hyeok-un fenomenal oyununu izləyirdilər.
Lakin əvvəlki LoL turnirləri də kifayət qədər ciddi göstəricilərlə yadda qalıb: Worlds 2023 – 6,402 mln izləyici, Worlds 2022 – 5,147 mln, Worlds 2021 – 4,018 mln. Mövcud tendensiyanı nəzərə alsaq, 2025-ci il World Championship turnirinin bu rekordu yeniləmək üçün yüksək şansı var.
2. Free Fire World Series 2021 Singapore (5,414 mln)
Növbəti yeri mobil «krallıq döyüşü» janrına aid olan Free Fire tutur. Oyunun tarixində keçirilən ilk turnir — Free Fire World Series 2019 Rio pik nöqtədə cəmi 2,016 mln izləyici toplaya bilmişdi. Lakin post-COVID dövründə baş tutan Free Fire World Series 2021 Singapore ilk turniri gözləntiləri üstələdi: bu turniri pik anında 5,414 mln nəfər izləyirdi! Bu göstərici hətta LoL Worlds 2021-i də (4,018 mln) qabaqlayaraq həmin dövrdə Free Fire-ı esport növləri arasında izlənmə baxımından birinci yerə çıxardı.
3. Mobile Legends M5 World Championship (5,067 мln)
League of Legends-in mobil “kiçik bacısı” da var və o, müxtəlif adlarla tanınır: Mobile Legends: Bang Bang, Mobile Legends və ya sadəcə MLBB. Əgər 2019-cu ildə keçirilmiş debüt M1 World Championship-i nəzərə almasaq, World seriyasındakı bütün növbəti turnirlər pik izləyici sayında 3 milyon və daha çox auditoriya toplayıb: M2 – 3,083 mln, M3 – 3,191 mln, M4 – 4,270 mln, M5 – 5,067 mln və M6 – 4,129 mln.
Başlıqdan da göründüyü kimi, bu kiberidman növündə ən çox izlənilən turnir 2023-cü ildə keçirilmiş M5 World Championship olub. Lakin MLBB o qədər populyardır ki, regional və ən böyük sayılmayan turnirləri belə milyonlarla azarkeş izləyir: MPL Indonesia Mövsüm 14 (2024) – 4,008 mln, MLBB Southeast Asia Cup 2023 – 3,650 mln, ESL Snapdragon Pro Series: Mobile Masters 2025 – 2,769 mln, MLBB Mid Season Cup 2024 – 2,382 mln.
4. PUBG Mobile Global Championship 2020 (3,802 мln)
Daha bir mobil kiberidman növü olan PUBG Mobile rekord auditoriyanı 2020 və 2021-ci illərin qovşağında keçirilmiş ilk dünya çempionatında toplayıb. O vaxtdan bəri oyunun göstəriciləri nəzərəçarpacaq dərəcədə azalıb: PUBG Mobile Global Championship 2024 zirvə anında hətta bir milyon izləyici belə toplamayıb. Böyük ehtimalla, bu oyun çox yaxın zamanda ən populyar 5 kiberidman növü siyahısından çıxacaq.
5. CS:GO PGL Major Stockholm 2021 (2,748 мln) / Dota 2 The International 2021 (2,741 мln)
Reytinqin beşinci pilləsinə biz eyni anda iki fərqli kiberidman növünə aid iki turniri – 2021-ci ildə keçirilmiş Counter-Strike və Dota 2 yarışlarını yerləşdirdik. 2020-ci ildə COVID-19 səbəbilə bütün böyük turnirlər ləğv olundu və bir illik karantinlərdən sonra kiberidman azarkeşləri möhtəşəm hadisələri su kimi gözləyirdilər. Bu isə həmin turnirlərin populyarlığına ciddi təsir göstərdi. Maraqlıdır ki, aradan dörd il keçməsinə baxmayaraq, PGL Major Stockholm 2021 (2,748 mln) və The International 2021 (2,741 mln) hələ də öz növlərində ən çox izlənilən tədbirlər statusunu qoruyub saxlayır.Yeri gəlmişkən, həmin Stokholm meycor turnirini əfsanəvi Oleksandr “s1mple” Kostyljev-in də yer aldığı NAVI komandası qazanmışdı. Və elə təsadüfən, bu oyunçu hazırda keçirilən BLAST.tv Austin Major 2025 turnirinə öz peşəkar arenaya dönüşünü təsadüf etdirdi. Qeyd edək ki, bu turnirin sponsorlarından biri beynəlxalq brend olan 1xBet-dir. Bu əlamətdar hadisə Amerikan meycor turnirinə əlavə auditoriya cəlb edə bilər və Counter-Strike üzrə turnirlər arasında populyarlıq rekordunun yenilənməsinə gətirib çıxara bilər.