Konami şirkəti Silent Hill f oyununun yeni treylerini yayımlayaraq layihə ilə bağlı yeni detalları açıqladı. Təqdimat Silent Hill Transmission canlı yayımı zamanı baş tutdu.
Silent Hill f – seriyanın ilk böyük layihəsi
Bu oyun son on ildə Silent Hill seriyasının əsas hissəsi kimi təqdim edilən ilk layihədir. Hadisələr 20-ci əsrin 60-cı illərində, Yaponiyanın Ebisugaoka adlı qəsəbəsində baş verir. Oyunun baş qəhrəmanı Hinaqo Şimizu adlı məktəbli qızdır.
Neobards Entertainment studiyası layihənin inkişafına cavabdehdir. Bu studiya, Konami və Capcom-un keçmiş əməkdaşları tərəfindən təsis edilib. Oyunun ssenarisini isə məşhur yapon yazıçısı Ryukishi07 qələmə alıb.
Ryukishi07 oyunun hekayəsinin onun üçün nə qədər önəmli olduğunu belə ifadə edib:
“Bu hekayəyə bütün gücümü sərf etdim. O qədər ki, bu yazdığım son əsər olsa belə, peşman olmazdım.”
Silent Hill f hansı platformalara çıxacaq?
Oyunun dəqiq buraxılış tarixi hələ açıqlanmayıb. Silent Hill f PlayStation 5, PC və Xbox Series X platformaları üçün təqdim olunacaq.