League of Legends 2025-ci ilin ən populyar kiberidman oyunu oldu

by Nigar Məmmədova
0 comments

Esports Charts analitik şirkəti 2025-ci ilin yekunlarına dair kiberidman hesabatını təqdim edib. Tədqiqata əsasən, League of Legends həm baxış saatı, həm də pik izləyici sayına görə dünyanın ən populyar kiberidman intizamı seçilib.

Siyahıda eyni beş oyun yer alsa da, onlar müxtəlif kateqoriyalar üzrə fərqli mövqelər tutublar.

Baxış saatına görə ən populyar 5 oyun:

  • League of Legends: 735,5 milyon saat (Efir vaxtı: 8881 saat).
  • Counter-Strike: 584,7 milyon saat (Efir vaxtı: 25058 saat).
  • Mobile Legends: Bang Bang (MLBB): 433,9 milyon saat (Efir vaxtı: 5339 saat).
  • Valorant: 328,6 milyon saat (Efir vaxtı: 8593 saat).
  • Dota 2: 321,7 milyon saat (Efir vaxtı: 6520 saat).
Esports Charts

Pik izləyici sayına görə ən populyar 5 oyun:

  • League of Legends: 6 752 585 nəfər (Worlds turniri zamanı).
  • MLBB: 4 132 224 nəfər (MPL ID S15 turniri zamanı).
  • Counter-Strike: 1 789 038 nəfər (BLAST.tv Austin Major zamanı).
  • Dota 2: 1 785 132 nəfər (The International zamanı).
  • Valorant: 1 473 642 nəfər (Valorant Champions zamanı).
Esports Charts

Statistikadan görünür ki, CS2 ümumi baxış saatına görə ikinci yerdə olsa da, pik onlayn göstəricisində MLBB-dən geri qalaraq üçüncü pillədə qərarlaşıb. Oxşar vəziyyət Valorant və Dota 2 arasında da müşahidə olunur; belə ki, Dota 2 pik izləyici sayında rəqibini üstələyərək dördüncü olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın