Insomniac Games və PlayStation gözlənilmədən sosial media hesabları vasitəsilə Marvel’s Wolverine oyununun rəsmi buraxılış tarixini elan ediblər. Uzun müddətdir maraqla gözlənilən layihə 15 sentyabr 2026-cı ildə eksklüziv olaraq PlayStation 5 platforması üçün işıq üzü görəcək.
Marvel Games ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanan bu layihə Loqanın (Wolverine) orijinal və qaranlıq hekayəsini təqdim edəcək. Tərtibatçılar oyunçulara sert, qanlı və amansız yaxın döyüş mexanikası vəd edirlər. Hekayə öz keçmişinə dair suallara cavab axtaran qəhrəmanın qarşısıalınmaz qəzəbi və qətiyyəti üzərində qurulub.
Təqdim olunan treylerdə Vulverinin dünyanın müxtəlif nöqtələrinə səyahət etdiyi, onun ən qatı düşmənlərindən biri olan Omega Red ilə qarşıdurması və silsilə qanlı döyüş səhnələri nümayiş etdirilir. Kadrlarda həmçinin Mystique personajının görünməsi hekayənin daha mürəkkəb və intriqalı olacağından xəbər verir. Qəhrəman öz regenerasiya qabiliyyəti sayəsində hər dəfə yenidən ayağa qalxaraq döyüşə qayıdır və bir daha sübut edir ki, o, adi bir superqəhrəman deyil — o, sadəcə Wolverine-dir.