MIBR yeni CS2 heyətini təqdim etdi: LNZ və venomzera transferi

by Nigar Məmmədova
0 comments

Braziliyanın məşhur kiberidman təşkilatı MIBR, CS2 heyətindəki dəyişiklikləri “X” platformasında paylaşdığı yaradıcı musiqi videosu ilə elan edib. Komanda heyətinə iki yeni oyunçu və yeni baş məşqçi cəlb edib.

MIBR-in yeni transferləri:

  • LNZ (Linus Holtstrem): Bir müddət “HEROIC” komandasının ehtiyat oyunçular skamyasında yer alan isveçli kiberidmançı artıq MIBR-in uğurları üçün tər tökəcək.
  • venomzera: “RED Canids” komandasından transfer edilən 21 yaşlı braziliyalı istedad heyətin hücum gücünü artıracaq.
  • LETN1 (Nestor Taniç): Komandanın yeni baş məşqçisi vəzifəsinə “G2 Academy”nin keçmiş koçu gətirilib.

Yeni oyunçular Yeni il bayramından sonra komandadan ayrılan exitQikert-i əvəz edəcəklər. MIBR bu dəyişikliklərlə 2026-cı il mövsümündə beynəlxalq arenada daha rəqabətədavamlı olmağı hədəfləyir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın