Microsoft 2026-cı ildə üç böyük eksklüziv oyun təqdim edəcək

by Nigar Məmmədova
0 comments

Məşhur insayder Jez Corden-in verdiyi məlumata görə, Microsoft 2026-cı ildə üç əsas eksklüziv oyun buraxmağa hazırlaşır. Bunlar Fable, State of Decay 3 və Gears of War: E-Day olacaq.

Windows Central-ın insayderi bildirib ki, State of Decay 3-ün ilk yarımildə çıxması planlaşdırılır və onun üzərində Undead Labs studiyası işləyir.

Microsoft daha əvvəl Fable oyununun 2026-cı ilə təxirə salındığını təsdiqləmişdi. Forza Horizon-un arxasında duran Playground Games studiyası tərəfindən hazırlanmış oyun açıq dünya RPG-sı olacaq və özünəməxsus Britaniya yumoru ilə seçiləcək.

Digər böyük buraxılış Gears of War: E-Day olacaq. Bu oyun, klassik trilogiyadan əvvəlki hadisələri əks etdirən süjet xronologiyasının başlanğıcını göstərəcək. Oyunun 2025-ci ilin sonlarında çıxması ehtimal olunur, lakin əsas tarix 2026-cı il kimi nəzərdə tutulur.

Bu üç oyun Xbox-un gələcək planlarının yalnız bir hissəsidir. Digər böyük layihələr barədə məlumatlar isə hələlik gizli saxlanılır.

Yeni Xbox konsolu nə zaman gəlir?

Jez Corden-ə görə, yeni Xbox konsolu 2027-ci ildən tez buraxılmayacaq və ənənəvi konsollardan daha çox PC-yə bənzəyəcək.

“İddia edirlər ki, studiyalar artıq yeni Xbox-un inkişaf dəstlərini alıblar. Bu, həqiqətə uyğun deyil” – deyə Xbox Two podkastında bildirib.

Onun sözlərinə görə, Microsoft-un yeni nəsil konsolu “PC-yə bənzəyəcək, lakin televizor üçün optimallaşdırılmış interfeysə sahib olacaq”. Bu yanaşma inkişaf studiyalarının xüsusi devkitlər olmadan sadəcə müəyyən texniki göstəricilərə uyğun oyunlar hazırlamasına imkan verəcək.

Corden əmindir ki, yeni Xbox-un 2027-ci ildən tez təqdim olunması real deyil.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın