Microsoft Tokyo Game Show 2025-də yeni oyun təqdim edəcək

by Nigar Məmmədova
0 comments

Asiyanın ən böyük oyun sərgisi Tokyo Game Show 2025 start götürməyə hazırlaşır. Tədbirin əsas iştirakçılarından biri isə Microsoft olacaq. Şirkət 27 sentyabr tarixində böyük stend və geniş təqdimat planlaşdırır.

Xbox brendi TGS-i öz layihələrini tanıtmaq üçün strateji platforma kimi görür. Ən diqqətçəkən məqam isə yeni oyunu şəxsən Microsoft Gaming rəhbəri Fil Spenserin təqdim edəcək olmasıdır.

Hansı oyun təqdim edilə bilər?

Hazırda dəqiq hansı layihənin təqdim olunacağı açıqlanmayıb. Lakin əsas ehtimallardan biri — Yaponiya üslubunda hazırlanan Forza Horizon 6-dır. Bununla yanaşı, Microsoft son vaxtlar yapon studiyaları ilə əməkdaşlığı genişləndirir, bu isə ortaq layihənin anons ediləcəyi ehtimalını gücləndirir. Şirkətin eyni anda bir neçə yeni oyunu da təqdim etməsi mümkündür.

Tədbirin vaxtı

Tokyo Game Show 2025 sərgisi 25–28 sentyabr tarixlərində keçiriləcək. Microsoft-un təqdimatı isə 27 sentyabr, saat 12:00-da (CEST) başlayacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın